Ana Səhifə
Xəritə
Əlaqə
Webmail

Ana Səhifə
Haqqımızda

  “Başak-İnam Sığorta Şirkəti” ASC  9 avqust 1996-cı ildə  Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi  “İNAM” təkrarsığorta şirkətinin ortaqlığı ilə “Başak-İnam Sığorta Şirkəti” Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir.

  Zaman keçdikcə şirkətin həyatında bəzi dəyişikliklər qaçılmaz olmuşdur. İlk olaraq bu ortaqlığa "AzərTürkBank" ASC qoşulmuşdur, 2003-cü ildə isə "Azərbaycan Beynəlxalq Bankı" ASC  Beynəlxalq Sığorta şirkətini yaratdıqdan sonra  şərkətin təsisçi heyyətindən çıxmışdır. Bunlardan başqa, Fransanın aparıcı sığorta şirkətlərindən biri olan, sığorta xidmətləri ilə yanaşı, bank, qiymətli kağışlar bazarı və daşınmaz əmlak sektorlarında da geniş fəaliyət göstərən Groupama şirkəti tərəfindən alınmış Başak Sığorta AŞ öncə BaşakGroupama Sığorta AŞ kimi, hal-hazırda isə Groupama Sigorta AŞ adı altında fəaliyyət göstərir. 2006-cı ildən 110 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor’s reytinqli GROUPAMAnın ortaqlığı ilə irəliləyirik.

   2008 –ci ildə qəbul edilmiş Sığorta fəaliyyəti haqqında qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən  ASC-yə dəyişmişdir.

Qanuna uyğun olaraq şirkət, korporativ idarəetməni tətbiq etməklə, aşağıdakı orqanlar tərəfindən idarə olunur:

1. Ali idarəetmə orqanı - Səhmdarların Ümumi Yığıncağı;
2. Ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən - Direktorlar Şurası;
3. İcra orqanı - İdarə Heyəti;
4. Sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən - Təftiş Komissiyası.

Fəaliyəti dövründə “İnter-Audit” Audit Təşkilatı, “Eskort” Audit Konsaltinq MMC, Azərbaycan Respublikası Auditorlar Palatası müxtəlif dövrlərdə şirkətimizin Auditorları olmuşlar, 2008-ci ildən etibarən isə yerli audit təşkilatlarının sırasına “böyük dördlüyə” daxil olan KPMG-də qatılmışdır.

FACEBOOK

© 2010 "Başak-İnam Sığorta Şirkəti" ASC powered by