Ana Səhifə
Xəritə
Əlaqə
Webmail

Ana Səhifə / Hadisə zamanı nə etməli?
Hadisə zamanı nə etməli?

Hadisə zamanı nə etməli?
Baş vermiş sığorta hadisəsi haqqında məlumat bildirmə forması

Hadisə zamanı nə etməli?

“Başak-İnam Sığorta Şirkəti” ASC  bütün qəza və bəlaların Sizdən uzaq olmasını arzu edir.

Amma bəla gəlirəm deməz və bu çox vaxt qaçılmazdır.

Arzu etmədiyiniz sığorta hadisəsi baş verib?

İlk öncə təlaş etməyin, mümkün qədər özünüzü ələ alın və Sizin bu bəla ilə təkbətək qalmadığınıza inanın, çünki Siz “Başak-İnam Sığorta Şirkəti”nin müştərisiniz. 

  1. Əvvəlcə özünüzün və yanınızdakıların sağlamlığını düşünün, hadisə nəticəsində xəsarət alan varsa, dərhal təcili tibbi yardım çağırın (103 nömrəli telefona zəng edin)

  2. Hadisənin baş verməsi haqqında özünüz və ya yanınızda olanlardan biri 102 telefon nömrəsinə zəng edərək hüquq mühavizə orqanlarını məlumatlandırsın

  3. Hadisə haqqında sığortaçınıza, yəni Bizə məlumat verməyi də unutmayın.

  4. Hadisə iş günlərində, saat  09:00-18:00 arasında baş vermişdirsə,  bu şəhər nömrələrinə zəng vurun:

      (012) 497 06 34 və 492 04 88

  1. Həftənin 7 günü 24 saat xidmətinizdə olan digər nomrələrimiz aşağıdakılardır:

a)      Sağlamlıq və fərdi qəza sığortaları üçün bu nömrələrə-

     (012) 418 60 48, 050 240 94 45, (055, 050) 265 81 86

b)      Digər bütün növlər üzrə isə bu nömrələrə-

     (050) 597 77 02, (050) 230 33 61

 

Sığorta şirkətinin nümayəndəsi  sığorta hadisəsi haqqında məlumat alarkən, Sizdən aşağıdakıları soruşacaq:

  1. Adınız, soyadınız, atanızın adı

  2. Sığorta şəhadətnaməsinin nömrəsi

  3. Sığorta hadisəsinin baş verdiyi dəqiq ünvan(ərazi)

  4. Hadisənin qisa təsviri

  5. Zərərin təxmini məbləği (maaddi ziyanla bağlı)

  6. Xəsarət alanların sayı 

Xahiş edirik sığorta kartınızı hər zaman üzərinizdə gəzdirin, çünki yuxarıda qeyd edilən məlumatların hamısı kartın üzərində yazılmışdır.

Zərərlərin tənzimlənməsi, sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədar tələb olunacaq sənədlərin siyahısı, almış olduğunuz müvafiq sığorta növü üzrə qaydalarda öz əksini tapmışdır.

FACEBOOK

© 2010 "Başak-İnam Sığorta Şirkəti" ASC powered by