Ana Səhifə
Xəritə
Əlaqə
Webmail

Ana Səhifə
Cari ilin noyabr ayı ərzində 91 848 manat sığorta ödənişi həyata keçirildi

Lisenziyasız dövrdə 91 848 manat də ödəniş edilib

Ötən həftənin sonunda Maliyyə Nazirliyi tərəfindən lisenziyası bərpa edilən "Başak İnam" Sığorta Şirkəti dekabrın 2-dən etibarən yenidən fəaliyyətə başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, artıq şirkət sığorta məhsullarının satışını bərpa edib: "Həm baş ofis, həm də Gəncədəki filial müştərilərə xidmət göstərməyə hazırdır". Xatırladaq ki, "Başak İnam"ın lisenziyası Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidməti tərəfindən noyabrın 5-də dayandırılmışdı.

Kapital məsələsini dərhal həll edib

Buna səbəb şirkətin kapitalının tələb olunan həddən aşağı olması idi. Şirkətin səhmdarlarının qərarı ilə kapitalın artırılması barədə qərar qəbul edildikdən və yeni səhm buraxılışından sonra "Başak İnam" kapitalla bağlı tələbləri yerinə yetirib. Nəticədə noyabrüın 28-də şirkətin lisenziyası yenidən barpa edilib.

Lisenziyasız dövrdə də ödənişləri davam etdirib

Bununla yanaşı, qeyd edək ki, "Başak İnam" lisenziyanın dayandığı 24 gün ərzində də öz müştərilərinə xidməti davam etdirib, üzərinə düşən öhdəlikləri yerinə yetirib. Belə ki, şirkətin lisenziyası dayandırılandan bərpa olunan günədək müddətdə "Başak İnam" 91 min 848 manat sığorta ödənişi həyata keçirib.

Belə ki, avtonəqliyyat vasitələrinin sığortasına aid 33 sığorta hadisəsi üzrə 71 602 manat, sağlamlıq sığortası üzrə 10 nəfərə 3 221 manat ödəniş edilib. Bundan başqa, şirkət əmlakın yanğın və digər əlavə risklərdən sığortasında 6 sığorta hadisəsi üzrə 4 590 manat, fərdi qəza və xəstəlik sığortası üzrə  2 sığorta hadisəsində 1 659 manat, kredit sığortası üzrə 8 sığorta hadisəsinə görə isə 10 776 manat sığorta ödənişi həyata keçirib.

Mənbə: fins.az

əlavə edilmə : 02 / 12 / 2014

FACEBOOK

© 2010 "Başak-İnam Sığorta Şirkəti" ASC powered by