Əziz və Hörmətli Müştərimiz!
Əziz və Hörmətli Müştərimiz!

 

Bizim Şirkətin xidmətlərindən istifadə etdiyinizə görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Biz daima çalışmışıq  ki, Sizə yüksək keyfiyyətli xidmət göstərək, Sizin sığorta məhsul və xidmətlərinə olan tələbatınızı daha yaxşı və yüksək keyfiyyətli xidmətlə təmin edək. 

Hal-hazırda Şirkətimiz özünün 2012-2015-ci illəri əhatə edən növbəti dövr üçün biznes strategiyasının  üzərində çalışır və Sizin fikriniz, hörmətli müştərimiz, bizim üçün olduqca qiymətlidir.

Sizdən 10 mart 2012-ci ilədək aşağıdakı sorğu anketini doldurmağınızı xahiş edirik. Bildiririk ki, göndərdiyiniz  sorğu cavabları anonimliyi qorumaq məqsədilə birbaşa  Şirkətin  Strateji  İnkişaf  Planının hazırlanması üzrə məsləhətçisi olan Azərbaycan Bank Tədris Mərkəzinə göndəriləcəkdir.

Qiymətli vaxtınızı ayırıb, sorğu anketini doldurduğunuza görə Sizə əvvəlcədən minnətdarlığımızı bildiririk.

Əmin ola bilərsiniz ki, sorğu anketlərinin cavabları tam  məxfi saxlanılmaqla, Şirkətin Strateji İnkişaf Planının hazırlanması üzrə məsləhətçisi olan Azərbaycan Bank Tədris Mərkəzinə təqdim olunacaqdır.

Sizi bir daha əmin etmək istərdik ki, biz Sizin ən yaxın biznes tərəfdaşınız kimi, bundan sonra da sorğu anketində qaldırdığınız məsələlərin həlli, Sizə daha keyfiyyətli xidmət etmək üçün bütün səylərimizi göstərəcəyik.

                                 

Sizə dərin hörmətlə,

Başak-İnam Sığorta Şirkətinin Rəhbərliyi

 

Fərdi müştərilər üçün Anonim Sorğu Anketinə keçid